BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu il inflyasiya hədəf diapozonunun yuxarı həddində olacaq" - Elman Rüstəmov

Bu il inflyasiya hədəf diapozonunun yuxarı həddində olacaq.

 

Pravda.az-ın məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Sədr bildirib ki, bu inflyasiyanın 6,6-7,5 dəhlizində formalaşacağı gözlənilir.

 

Onun sözlərinə görə, 2023-cü ildə inflyasiya hədəf diapozonunun mərkəzinə qayıdacaq.

 

Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub. Bundan əlavə, bu ilin yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,647 mlrd. manat təşkil edib ki, bu da yeni tarixi maksimumdur.

 

Xatırladaq ki, AMB-nin 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq.

Tarix: 28 Yanvar 2022, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin