BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan millisi qrupda qaldı

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

 

Pravda.az-ın məlumatına görə, Joze Alesio da Silvanın yetirmələri AVRO-2022-də çıxışını başa vurub.

 

Qrup mərhələsində son sınağına çıxan yığmamız ilk qələbəsini qazanıb – 4:2. Lakin Bosniya və Herseqovina ilə matçdakı üç xal 1/4 finala çıxmaq üçün kifayət etməyib.

 

D qrupundan ilk vəsiqəni əldə edən Gürcüstan İspaniya ilə matçda uduzub – 0:8. Nəticədə bu iki komanda mübarizəni davam etdirəcək. Bunadək Gürcüstan (2:3) və İspaniya (2:2) ilə qarşılaşan millimiz isə qrup üçüncüsü kimi AVRO-2022 ilə vidalaşıb.

 

Qeyd edək ki, İspaniya və Gürcüstandan başqa, Rusiya, Portuqaliya, Ukrayna, Qazaxıstan, Finlandiya və Slovakiya da 1/4 finala yüksəlib.

 

AVRO-2022, final mərhələsi

III tur, D qrupu

29 yanvar

20:30. Azərbaycan – Bosniya və Herseqovina - 4:2

Qollar: Bolinya, 7, Eduardo, 11, Vilela, 33, Qallo, 40 – Radmiloviç, 12 (pen.), Kahvedziç, 32

Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)

Amsterdam. Ziqqo Dome

Tarix: 29 Yanvar 2022, 23:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin