BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-da məşhur reper qətlə yetirildi

ABŞ-ın Los-Anceles şəhərində 20 yaşlı reper Pop Smoke qətlə yetirilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “Rolling Stone” nəşri yerli polis nümayəndəsinə istinadən xəbər verib.

 

Qeyd olunub ki, maskalı şəxslər onun evinə silahlı basqın ediblər. Daha sonra atəş səsləri eşidilib və hadisə yerinə polislər gəlib.

 

Nəşrin yazdığına görə, güllə yarası alan reper xəstəxanaya çatdırılan zaman vəfat edib.Report

Tarix: 19 Fevral 2020, 22:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin