BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünya şöhrətli aktyor vəfat etdi

İngiltərənin teatr və kino aktyoru Con Şrepnel uzun sürən xərçəng xəstəliyindən sonra 78 yaşında vəfat edib. 

Pravda.az-ın xəbərinə görə, aktyorun sənət dostları onun ailəsinə, o cümlədən Kral Milli Teatr truppasının və “Royal Shakespeare Company” teatr şirkətinin üzvlərinə başsağlığı verib.

"Gözəl aktyor Con Şrepnelin ölüm xəbəri bizi kədərləndirdi. O, Milli Teatrın bir çox tamaşalarında oynadı", - başsağlığında deyilib.

Xatırladaq ki, karyerası ərzində Şrepnel çox sayda filmdə rol alıb. “Qladiator”, “Troya”, “K-19”, “Nottinq Hill” və “Qızıl Dövr” kimi filmlərdəki rolları sayəsində geniş tamaşaçı sevgisini qazanıb. 

Aktyor eyni zamanda “Onuncu Krallığ”, “Merlin”, “Foyl Müharibəsi” və s. televiziya seriallarında rol alıb.APA

Tarix: 20 Fevral 2020, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin