BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “moyşik” müştərinin avtomobili ilə iki qadını vurdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu, T. Xəlilbəyli küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.

 

Həmin avtoyuma məntəqəsində işləyən Astara rayon sakini, 1997-ci il təvəllüdlü Seymur Xanhüseynzadə avtoyumaya verilmiş Gürcüstan vətəndaşına məxsus "Nissan X-Trail" markalı avtomobili sürərkən yolda olan 1945-ci il təvəllüdlü Səidə  Məhərrəmova və 1950-ci il təvəllüdlü Lalə Axundovanı vurub.

 

Hər iki qadın aldıqları zərbədən xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü( yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 20 Fevral 2020, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin