BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcərdə şəhid olan hərbi qulluqçu dəfn edildi

Kəlbəcərdə şəhid olan hərbi qulluqçu dəfn edilib. 

Pravda.az-ın məlumatına görə, şəhid baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yerli icra və hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Yaylım atəşi açılandan sonra şəhid torpağa tapşırılıb. 

Tarix: 1 Fevral 2022, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin