BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqlədi

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib.

Pravda.az xəbər verir ki, fevralın 4-də komissiyanın iclası keçirilib.

Toplantıda Şuşa Bəyannaməsi müzakirə olunub.

İclasda Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran da iştirak edib. O, Cənubi Qafqazın strateji bölgə olduğunu söyləyib. Nazir müavini bu regionda baş verən hadisələrin Türkiyə və Azərbaycanı yaxından maraqlandırdığını vurğulayıb.

Müzakirələrdən sonra komissiya Şuşa Bəyannaməsini təsdiqləyib və sənədin Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirə edilməsini tövsiyə edib. 

Tarix: 3 Fevral 2022, 13:34   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin