BURADA REKLAMINIZ OLA
BİLƏR

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 5-də hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin sürətinin 15-20 m/san olacağı gözlənilir.

 

Milli Hidrometerologiya Xidmətinidən verilən məlumata görə, gündüz bəzi yerlərdə küləyin sürətinin arabir 23-28 m/san-dək artacağı gözlənilir.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.

 

Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit olacaq.

 

Sabah axşam qərb rayonlarından başlayaraq fevralın 6-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

 

Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var.

 

Qərb küləyi arabir 15-20 m/san, ayrı-ayrı yerlərdə isə 23-28 m/san-dək güclənəcək.

 

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

Tarix: 3 Fevral 2022, 21:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin