BURADA REKLAMINIZ OLA
BİLƏR

“Atletiko” məğlub oldu

İspaniya La Liqasında XXIII tur davam edir.

 

Pravda.az-ın məlumatına görə, turun mərkəzi oyunu “Kamp Nou”da baş tutub.

 

“Barselona” öz meydanında son çempion “Atletiko”nu sınağa çəkib. Məhsuldar keçən qarşılaşmada Kataloniya təmsilçisi qalib gəlib – 4:2.

 

Hesabı erkən qolla Yannik Karrasko açsa da, Xavinin komandasında Xordi Alba, Qavi, Ronald Arauxo və Dani Alves fərqlənib. Luis Suaresin qolu isə Madrid təmsilçisini darmadağından xilas edib. Daninin qırmızı vərəqə almasından sonra ikinci hissənin təxminən yarısını azlıqda qalan “Barselona” üstünlüyünü əldən verməyib.

Tarix: 6 Fevral 2022, 21:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin