BURADA REKLAMINIZ OLA
BİLƏR

Azad edilmiş ərazilərdə 65 bitki növü aşkar edilib

"2021-ci ildə Qarabağın bir sıra rayonlarının (Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl) bitki genetik ehtiyatlarının floristik təftişi, bioekoloji xüsusiyyətləri və istifadə imkanları təhlil edilib. Tədqiqatlar nəticəsində 9 genofond qrupuna aid (yabanı qida, tərəvəz, meyvə və giləmeyvə, ədviyyat, yem, dərman, vitaminli, balverən və boyaq bitkiləri) 163 fəsilə, 391 cinsə aid 541 növün yayılması aşkar edilib".

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov məlumat verib.

 

Onun sözlərinə görə, torpqalarımızın işğaldan azad olunması nəticəsində bu ərazilərdə yayılmış bitki və heyvan genetik müxtəlifliyi əsl sahibinə qaytarılıb və onların müqayisəli tədqiqi üçün tarixi şərait yaranıb.

 

“AMEA Genetik Ehtiyatlar İnstitutu işğaldan azad edilmiş ərazilərdə bitki genetik ehtiyatlarının təftişi, toplanması, mühafizəsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurun torpaq-iqlim şəraitinə uyğun yeni bitki sortlarının yaradılması işini prioritet elan edib və planlı şəkildə elmi-tədqiqat fəaliyyətinə başlayıb”, - deyə institutun baş direktoru qeyd edib.

 

Alim deyib ki, aparılmış təhlillər göstərib ki, qeyd edilən bitkilərdən perspektivli növlərə əsasən Füzuli (127 növ) və Ağdam (93 növ) rayonlarında rast gəlinir. Ərazidə itmək təhlükəsində olan 65 bitki növü aşkar edilərək Azərbaycan Respublikasının “Qırmızı kitab”ının yeni nəşrinə daxil edilməsi tövsiyə olunub.

 

Baş direktor, həmçinin işğaldan azad edilmiş ərazilərdə növbəti illərdə ekspedisiyaların keçirilməsi üçün plan və yol xəritələrinin hazırlandığını da vurğulayıb.

Tarix: 7 Fevral 2022, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin