BURADA REKLAMINIZ OLA
BİLƏR

Erməni hərbçiləri Bakıdan İrəvana Fransa təyyarəsi aparıb - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan bu gün 8 erməni hərbçini qarşı tərəfə təhvil verib.

Pravda.az-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi həmin hərbçilərin ölkələrinə geri dönməsini əks etdirən görüntülər paylaşıb.

Görüntülərdən məlum olub ki, erməni hərbçiləri Bakıdan İrəvana Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə aparıb. Belə ki, təyyarənin üzərində Fransa bayrağı da olub.

Bununla yanaşı, təyyarəni İrəvanda Fransanın ölkədəki səfiri Ann Luyo və Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin qarşılayıb.

 

 
 


Tarix: 7 Fevral 2022, 17:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin