BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Gəncəliyev: “Ermənistan törətdiyi mədəni soyqırıma görə məsuliyyətə cəlb edilməlidirlər”

“Şuşada şəhərin 3 qapısından biri İrəvan qapısı adlanırdı. Bu o deməkdir ki, indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpağı olub və ordakı bütün mədəni abidələrimiz sakraldır”.

Pravda.az xəbər verir ki, bunu “Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən konfransda deyib. Onun sözlərinə görə, silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyası var:

“İkinci Dünya müharibəsi zamanı nazilərin törətdikləri vəhşiliklərin miqyası o qədər böyük olub ki, belə bir konvensiyanın qəbul edilməsi zərurəti ortaya çıxıb.

Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, özlərinin qəbul etdiyi bu konvensiyaya sahib çıxsınlar. Ermənistan törətdiyi mədəni soyqırıma görə bilavasitə məsuliyyətə cəlb edilməlidirlər.

Hesab edirəm ki, UNESCO ikili standartlarını kənara qoymalı, Azərbaycana qarşı törədilən mədəni genosidi araşdırmalıdır” – o, qeyd edib.

Tarix: 8 Fevral 2022, 11:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin