BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ər-arvad dəm qazından boğuldu

Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

 

1961-ci il təvəllüdlü Natiq Cavadov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Aytən Zeynalova qonaq getdikləri evin hamamında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb.

 

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.APA

Tarix: 21 Fevral 2020, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin