BURADA REKLAMINIZ OLA
BİLƏR

Orqan transplantasiyası ilə bağlı Koordinasiya Mərkəzi yaradılıb

"Orqan və toxumalarının transplantasiyası ilə bağlı Koordinasiya Mərkəzi yaradılıb".

 

Pravda.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib.

 

Nazir bildirib ki, bu mərkəz Səhiyyə Nazirliyinin tabeliyində olacaq: "Orqanların idxal və ixracı, donorların reyestri nəzərdə tutulub. Əsasnamə təsdiq olunub, Nazirlər Kabinetinə göndərilib və yenidən baxılıb. Mərkəzin yerləşəcəyi yer də məlumdur. Orada son hazırlıq işləri görülür. Mərkəzin nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək. İctimai nəzarət çox güclü olacaq. Burada QHT, hüquq-mühafizə, səhiyyə qurumlarının nümayəndələri olacaq. Mərkəz şəffaf şəkildə fəaliyyət göstərəcək. Hazırda 14 müəssisənin orqan köçürülməsi həyata keçirməsi üçün lisenziyası var. Amma bu müəssisələr akkreditasiyadan da keçdikdən sonra transplantasiya ilə məşğul olan mərkəzlər reyestrinə daxil olacaq".

 

Nazir qeyd edib ki, bu istiqamətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin də işçi qrupu var, məsələlər müzakirə olunur: "Ümid edirik ki, transplantasiya xidmətlər zərfinə daxil ediləcək".

Tarix: 10 Fevral 2022, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin