BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda mühafizəçi bıçaqlandı

Bakıda marketdən oğurluq olub.

 

Pravda.az-ın xəbərinə görə, fevralın 15-də Nəsimi rayonu Ə. Hüseynov küçəsində yerləşən marketdən qida oğurlayan naməlum şəxs market mühafizəçisi tərəfindən müəyyən edilib. Naməlum şəxs bıçaqla mühafizəçiyə xəsarət yetirərək hadisə yerindən qaçıb.

 

Həmin şəxs fevralın 19-da eyni marketə gələrək, market əməkdaşlarına bıçaqla hədə-qorxu gəlib və quldurluq törədib.

 

Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməli törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Cabbarov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 21 Fevral 2020, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin