BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıdakı “Formula-1” yarışının proqramı açıqlandı

“Formula-1” üzrə Azərbaycan Qran Prisinin proqramı bəlli olub.

 

Pravda.az xəbər verir ki, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.

 

Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək. İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu start götürəcək. Nəhayət, iyunun 12-də əsas yarış saat 15:00-da başlayacaq.

Tarix: 12 Fevral 2022, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin