BURADA REKLAMINIZ OLA
BİLƏR

“Çelsi” dünya çempionu oldu

Klublararası dünya çempionatı başa çatıb.

 

Pravda.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan yarışın final matçında Avropa və Cənubi Amerikanın ən yaxşıları üz-üzə gəlib.

 

İngiltərə “Çelsi”si Braziliya “Palmeyras”ını sınağa çəkib. Matçın taleyi əlavə vaxtda həll olunub.

 

Əsas 90 dəqiqədəki hər iki qol ikinci hissəyə təsadüf edib. 58-ci dəqiqədə Romelu Lukaku hesabı açsa da, 6 dəqiqə sonra Rafael Veyqa penaltidən bərabərlik qoluna imza atıb – 1:1.

 

Dünya çempionu əlavə vaxtda müəyyənləşib. 117-ci dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirərək London klubuna çempionluq gətirib. Bu, “Çelsi”nin mundialda ilk qızıl medalı olub.

 

Qeyd edək ki, 3-cü yer uğrunda matçda Misirin “Əl-Əhli” klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Tarix: 12 Fevral 2022, 23:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin