BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin nəzərinə: Fevralın 15-dən... - VİDEO

Buster dozanın vurulması üçün verilən son tarixə 3 gün qalıb.

 

Yəni fevralın 15-dən etibarən buster doza vaksin olunmayanların vaksin sertifakları etibarsız hesab olunacaq. Bəs vətəndaşlar bununla bağlı nə qədər məlumatlıdırlar.

 

Fevralın 15-dən etibarən 3-cü doza vaksin olunmayan şəxslərin vaksin sertifikatları etibarsız hesab olunacaq. Məhz bu tarixdən sonra girişinə yalnız vaksin sertifikatı ilə icazə verilən obyektlərin qapıları buster dozasını vurdurmayan vətəndaşların üzünə bağlanacaq...

 

Son tarixə 3 gün vaxt qalsa da, hələ də buster doza vurdurmayanlar var.

 

Bununla belə 3-cü dozanı vurduran kifayət qədər vətəndaş da var.

 

Vətəndaşlar arasında ümumiyyətlə buster doza haqqında məlumatsız olanlar da var.

 

Həkim-infeksionist Könül İsmayılova insanlar arasında çaşqınlıq yaradan məsələyə aydınlıq gətirib.

 

Həkim-infeksionist onu da qeyd edib ki, omikron ştamının sürətlə yayıldığı bu dönəmdə, insanlar öz təhlükəsizlikləri üçün buster doza peyvənd olunmalıdırlar.

 

Tarix: 13 Fevral 2022, 07:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin