BURADA REKLAMINIZ OLA
BİLƏR

Balakəndə “Valiko Həsrət” həbs edildi

Balakəndə “Valiko Həsrət” ləqəbli narkobaron saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

Daxil olmuş məlumat əsasında rayonun Mahmalar kənd sakini, 59 yaşlı Həsrət Abdurəhman oğlu Yekəyev rayonun Katex kəndi ərazisində saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı bir ədəd salafon torbada təmiz çəkisi 37, 129 qram narkotik vasitə hesab edilən heroin və bir qabda təmiz çəkisi 6,929 qram olan metamfetamin aşkar edilərək götürülüb.

 

Kriminal aləmdə “Valiko” Həsrət” ləqəbi ilə tanınan Həsrət Yekəyev əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə üç dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.APA

Tarix: 21 Fevral 2020, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin