BURADA REKLAMINIZ OLA
BİLƏR

Hamlet İsaxanlı: "Belə söz deməmişəm"

 

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı mətbuatda onun adından dərc edilən açıqlamaya münasibət bildirib.

 

H.İsaxanlının mövqeyini Pravda.az-a universitetin İctimai Əlaqələr və Media şöbəsinin direktoru Əlövsət Əmirbəyli göndərib.

 

Yazını təqdim edirik:

 

“Editor.az saytı mənim adımdan “AMEA təcili ləğv olunmalıdır” adlı məlumat yayıb. Bu məlumat digər saytlara da yayılıb. Bildirmək istəyirəm ki, bu, yanlış məlumatdır, tamamilə səhvdir, belə söz deməmişəm.

 

Mənə həmin saytdan zəng edib AMEA ətrafında gedən söz-söhbətə münasibət bildirməmi xahiş etdilər. Mən hər təşkilatda, eləcə də hər elm və təhsil ocağında olduğu kimi AMEA-da da islahata ehtiyac olduğunu dedim. Sovetsayağı qurumun yeni ictimai-siyasi şəraitdə yeni şəkil almasının vacibliyini vurğuladım. Bu sahədə qərb dünyası akademiyalarının fəaliyyətinə nəzər salmağın faydalı olacağını söylədim. Baltik ölkələrində və Gürcüstanda Milli Elmlər akademiyalarında aparılmış islahatları yada saldım. İndiki dövrdə AMEA-nın tədqiqat layihələri və qrant əsaslı fəaliyyətə doğru dönməsinin vacibliyini dedim. Bu yolla AMEA-nın həcmcə kiçilə biləcəyini və daha effektli ola biləcəyini söylədim. AMEA ilə, onun institutları ilə araşdırma yönlü ali məktəblər arasında işbirliyinin artırılmasının vacibliyini vurğuladım. Bunun müəyyən transferlərə yol aça biləcəyinə inamımı bildirdim. Sözlərimdə qəti surətdə “AMEA ləğv olunmalıdır” (üstəlik “təcili”) fikri olmayıb. Çox təəccübləndim və hirsləndim. Mənə fərqli izahlar verdilər, o cümlədən, “mümkündür ki, müsahibə götürən şəxs islahat, islah sözünü anlamayıb, onu ləğv kimi başa düşüb kimi (bu, qəribə görünsə də). Hətta mənə sonda konkret sual da verdilər: AMEA-nın rəhbərliyi barədə nə düşünürsünüz? Mən “şəxslər barədə deyil, islahat və onun yolları barədə danışmağa üstünlük verirəm” dedim”.

Tarix: 14 Fevral 2022, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin