BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bu tələbələr təhsil xərclərindən azad olundular

Bakı Dövlət Universiteti (BDU) Vətən müharibəsində iştirak etmiş tələbələrinin əlavə qruplar üzrə təhsil xərclərini qarşılayacaq.

 

Pravda.az xəbər verir ki, bu barədə BDU Elmi Şurasının bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib.

 

Qeyd edilib ki, rektor Elçin Babayev qeyd edib ki, indiyədək Vətən müharibəsi qaziləri ilə bağlı bir neçə mühüm qərar qəbul olunub.

 

Bildirilib ki, Vətən müharibəsində iştirak etmiş BDU tələbələrinin təhsil problemləri diqqətlə təhlil edilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm iş aparılır. BDU Elmi Şurasının 2021-ci il 3 fevral tarixli iclasının qərarı ilə Vətən müharibəsi iştirakçısı olmuş alt qruplarda təhsil alan tələbələrin ödənişləri təhsil müəssisəsinin büdcəsindən ödənilir. Həmçinin müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərini həll etmək üçün qanunvericiliyə uyğun bütün şərait yaradılır.

Tarix: 14 Fevral 2022, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin