BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha üç özəlləşdirmə hərracı keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən 17, 29 və 31 mart tarixlərində hərrac keçiriləcək.

 

Qurumdan verilən məlumata görə, martın 17-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi, 29 martda təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 16 nəqliyyat vasitəsi, 31 mart tarixindəki hərraca isə 15 nəqliyyat vasitəsi çıxarılacaq.

 

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin isə 2-si istisna olmaqla, qalanları bölgələrdə yerləşir.

 

Tam siyahı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.

 

Qeyd edək ki, ümumilikdə mart ayında (3, 9 və 15 mart tarixləri daxil olmaqla) Xidmət tərəfindən 6 hərrac təşkil olunacaq. Martın 3-də keçiriləcək hərraca 25 nəqliyyat vasitəsi, 9 martda təşkil olunacaq hərraca 18 nəqliyyat vasitəsi, 15 mart tarixindəki hərraca isə 18 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 20 nəqliyyat vasitəsi çıxarılacaq.

Tarix: 14 Fevral 2022, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin