BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədrinin müavini: “Məgər “uşaqpulu” həqiqətən uşaq üçünmü xərclənəcək?”

““Uşaqpulu” cəmiyyətin ən yaralı sahəsidir. Azərbaycanda deputatların fəaliyyəti həqiqətən bərbad durumdadır. Bu şəxslər vətəndaşlarla maraqlanmır, hətta onları görməzdəm gəlirlər. Əlbəttə, istisna hallar da var. Belə deputatlardan biri də Arzu Nağıyevdir. Deputatın “uşaqpulu” ilə bağlı açıqlamasını oxuduqca fikirləri razılaşmamaq mümkün deyil. Məgər “uşaqpulu” həqiqətən uşaq üçünmü xərclənəcək? Biz guya bilmirikmi həmin pullardan hansı məqsədlə istifadə edən ailə başçıları var?”

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

 

A.Həmidli “uşaqpulu” verilməsini dəstəklədiyini qeyd edib: “Bəli, “uşaqpulu” verilməlidir. Deputatın da qeyd etdiyi kimi buna nəzarət mexanizmi mütləqdir”.

Tarix: 14 Fevral 2022, 17:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin