BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtisadiyyat nazirinin müavinləri kollektivə təqdim olundu

Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamlarla iqtisadiyyat nazirinin I müavini təyin edilmiş Elnur Əliyev və nazir müavini təyin olunmuş Rövnəq Abdullayev kollektivə təqdim edilib.

 

Nazirlikdən Pravda.az-a verilən məlumata görə,  onları kollektivə nazir Mikayıl Cabbarov təqdim edib.

 

Nazir yeni təyinat münasibətilə E.Əliyevi və R.Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə onlara uğurlar arzulayıb.

Tarix: 15 Fevral 2022, 12:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin