BURADA REKLAMINIZ OLA
BİLƏR

İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna növbəti dəfə səfər edərərək bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak ediblər. Qeyd edilməlidir ki, ötən il bölgələrə 47 səfər edən ölkə başçısı onların 32-sini işğaldan azad edilmiş ərazilərimizə reallaşdırmışdır ki, bu da Prezidentin dövlət siyasətinin əsasının regionların inkişafına yönəldiyinin bariz nümunəsidir.

 

Ölkə başçısınin bu səfəri zamanı «Ağdam-1» və «Ağdam-2» elektrik yarımstansiyalarının, «Qarabağ» Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu, sonra Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, «Park Forest Otel Ağdam» mehmanaxanasının və 209 mənzilli yeni  yaşayış kompleksinin,  201 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlləri qoyuldu və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanışlıq oldu. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restamrasiya işlərinin gedişi ilə tanış oldular.

 

Prezident İlham Əliyey işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı etdiyi çıxışlarında dəfələrlə bəyan edib ki, əsas hədəf bu torpaqların cənnətməkana çevrilməsi, əvvəlki simalarına qayıtmasıdır. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş miqyası ilə diqqətdədir. Böyük Qayıdışın astanasında olduğumuz göz önündədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ötən dövr ərzində bu istiqamətdə görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalmaq üçün xeyli vaxt lazımdır.

 

Reallıq budur ki, qarşıya qoyulan hədəflər uğurla icra edilir. Öncə yol infrastrukturu yeniləndi və bu istiqamətdə işlər davam edir. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb. Kompleks tədbirlər işğaldan azad edilmiş ərazilərimizin qısa zamanda dirçələcəyinə, sakinlərini xoş ovqatla qarşılayacağına əminlik yaradır.

 

Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Məqsəd insanların rahat yaşayışını təmin etmək, onların məmnunluğunu artırmaqdır. Bütün bu işlərin həyata keçirilməsinə rəhbərlik edən Prezident İlham Əliyevə bu işlərində uğurlar arzulayırıq.

 

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Tarix: 15 Fevral 2022, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin