BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Gülaliyev əlil arabasında gəzir

Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyev əlil arabasında gəzir.

Pravda.az-ın xəbərinə görə, bu barədə O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülaliyevə məlumat verib.

"Oqtay bəyi hər gün yarım saat xüsusi qurğuların köməyilə ayaqüstə saxlayırlar. Gündə bir neçə dəfə isə 1 saat əlil arabasında otuzdururlar. Gözlərindəki ifadədən görünür ki, xüsüsilə pəncərənin qarşısında əyləşdiriləndə o məmnun olur. Oqtay bəyin müalicə həkimi yaxın vaxtlarda onun səhhətində irəliləyiş gözlədiklərini bildirib. Allah fədakar dostumuza kömək olsun" - qeyd olunub.

Tarix: 21 Fevral 2020, 19:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin