BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan ilk dəfə Qış Paralimpiadasında təmsil olunacaq

Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə yığmasının üzvü tarixdə ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək.

 

Mehman Ramazanzadə Pekin-2022 XIII Qış Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.

 

O, kross-kantri növünün sprint kateqoriyasında çıxış edəcək. Təmsilçimiz martın 9-da mübarizə aparacaq.

 

Qeyd edək ki, Qış Paralimpiadası 4-13 mart tarixlərində Çinin paytaxtı Pekində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-də Milli stadionunda baş tutacaq.

Tarix: 15 Fevral 2022, 23:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin