BURADA REKLAMINIZ OLA
BİLƏR

Mikayıl Cabbarovdan açıqlama

Azərbaycanda qeyri-neft sektoruna aid sаhələrin inkişаfı sürətlənib və ötən il bu sahədə əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksəlib.

 

Pravda.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə məlumat verib.

 

M.Cabbarovun sözlərinə görə, artım turizm və iaşə obyektlərində 34,2 faiz, qeyri-neft sənayesində 17,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 16 faiz, informasiya və rabitədə 6,1 faiz, ticarət və nəqliyyat vasitələrinin təmirində 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə 3,3 faiz təşkil edib.

Tarix: 15 Fevral 2022, 23:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin