BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamil Musavi: “Salyanda səsləndirdiyim ifadədən peşiman deyiləm”

“Salyanda Fəzail Ağamalı ilə aramızda yaranan hadisədən sonra o ifadəni səsləndirdim, bir çox insanlar normal qəbul etdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu 60 saylı Salyan – Neftçala seçki dairəsindən deputatlığa namizəd, qazi Kamil Musavi deyib.

 

“Hərbçilərin 70 faizi o ifadədən istifadə edir. Bu gün cəmiyyəti qoruyanlar o sözü işlədən oğlanlardır. Cəmiyyət o insanların hesabına var. O demək deyil ki, hamı o sözdən istifadə etməlidir. Hamı bilir ki, mən o sözü əsəbləşib işlətmişəm. Həmin anda onu dediyim üçün peşiman deyiləm. Amma indi desəm, peşman ola bilərəm. Bu sözə görə də heç nə də itirmədim. Niyə də itirməliyəm ki? Deputat olub ki, xalqa hər bir sözü deyib... Şükür olsun ki, mən orada normal söz işlətmişəm” – K.Musavi qeyd edib.

Tarix: 21 Fevral 2020, 22:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin