Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

AQTA-dan Tahir Kərimliyə CAVAB

“Milli Məclisin ötən gün keçirilən iclasında millət vəkili Tahir Kərimlinin Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər tərəfimizdən araşdırılıb”.

 

Pravda.az xəbər verir ki, bunu AQTA-nın mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva bildirib.

 

O deyib ki, qanunsuz küçə ticarətinə nəzarət AQTA-nın fəaliyyət sahəsinə daxil deyil: “Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində qida təhlükəsizliyi ilə bağlı pozuntulara görə, ümumiyyətlə, 1400 manat məbləğində cərimə tətbiqi anlayışı yoxdur. Bugünədək Agentliyin yoxlama-nəzarət tədbirləri çərçivəsində heç bir tərəvəz məhsullarının satışı ilə məşğul olan şəxsə 1400 manat məbləğində cərimə tətbiq olunmayıb. Bununla bağlı əlavə sorğulara cavab verməyə hazırıq.

Tarix: 16 Fevral 2022, 19:10   
Xəbər lenti
Çox oxunanlar