BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kişinin qısqanmağı halal, qadında isə haramdır"

Qadın bəzən o qədər acıdil, təkəbbürlü olur, bəzən özü öz əlləri ilə yoldaşını itələyir. Bir də var ki, kişinin qanı xarabdır. Qadın nə etsə də, gözəl də olsa, kişi evdən çıxdısa, sənin deyil. Qadınlar ailə quranda bilməlidir ki, kiminlə ailə qursun. Qısqancdırsa, ömrünün sonuna kimi eyni qalacaq. Elə şeylər var ki, dəyişilmir. Qadın var ki, deyir ki, ərim 40 yaşa kimi qısqandı, sonra yox. Belə hallar da var. Ya qadın qocaldı deyə qısqanmır və yaxud başı başqasına qarışır”.

 

Pravda.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “MTV”yə müsahibəsində deyib.

 

“Arada deyirəm ki, bu məni niyə qısqanmır? Çünki arxayındır. Mən çox qısqancam, görürəm ki, özümə ziyan verirəm. Deyir, kişinin qısqanmağı halal, qadında isə haramdır. Qadın qısqansa təkəbbür, kişidə isə qeyrətdən irəli gəlir” – o qeyd edib.

Tarix: 17 Fevral 2022, 10:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin