BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçılarının şirkətlərinin siyahısı yayıldı - SƏNƏDLƏR

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Şəki, Lənkəran şəhərlərinin və Şabran rayonunun icra hakimiyyətləri başçılarına məxsus şirkətlərin siyahısını yayıb.

 

Pravda.az-ın xəbərinə görə, C.Həsənli bildirib ki, Vergilər Nazirliyində Şəkinin icra başçısı Elxan Zabir oğlu Usubovun adına iki şirkət qeydiyyatdadır.

 

“CHEMİCO CO LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1996-cı ilin iyulunda, "A.Q.T.İ.M." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ilin fevralında qeydiyyatdan keçib. Hər iki şirkətin təsisçisi və qanuni təmsilçisi Elxan Usubovdur. Şirkətlər Elxan Usubov icra başçısı təyin olunmamışdan qabaq təsis edilib, lakin indiyədək ləğv edilməyib. İcra başçısı əvvəllər bizneslə məşğul olub” – C.Həsənli qeyd edib.

 

Jurnalist Şabranın icra başçısı Asif Hüseynovun da şirkətinin adını açıqlayıb: “Şabranın icra başçısı Asif Həbib oğlu Hüseynov 2000-ci ildə qeydiyyatdan keçmiş "Səbinə-93" kiçik müəssisəsinin təsisçisi və qanuni təmsilçisidir”.

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Samir Qaraşovun da şirkətinin adı "V.S.S"dır. Şirkətin hüquqi ünvanı Bakının Xətai rayonundadır. 

Fotoları təqdim edirik
Tarix: 21 Fevral 2020, 23:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin