BURADA REKLAMINIZ OLA
BİLƏR

"İcazə blankları" ilə bağlı yenilik

Azərbaycanda sürücülərə verilən “İcazə blankları”nın bölgüsünün idarə edilməsi üçün xüsusi elektron proqram təminatı istifadəyə veriləcək.

 

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

 

“İcazə blankları” verilərkən daşıyıcıların həmin blanklara cari tələbatı araşdırılır və əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır. Bu istiqamətdə işlər davam etdirilir və qısa müddətdə xüsusi elektron proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə çıxışını daha da asanlaşdırmaqdır.

Tarix: 17 Fevral 2022, 14:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin