BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəsib bəy Yusifbəylinin nəvəsi vəfat etdi

Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən biri, Azərbaycan hökumətinə başçılıq etmiş tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin Almaniyada yaşayan nəvəsi Oğuz Yusuf Göygöl vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə HafizTimes.com-a Oğuz Yusuf Göygölün ailəsi məlumat verib.

 

-Bu gün səhər saatlarında atam dünyasını dəyişdi. O, xəstəxanada müalicə olunurdu. Çox təəssüflər olsun ki, atamı xilas edə bilmədik. Hamburq şəhərində yaşayırıq. Hazırda burada dəhşətli fırtına var. Buna görə də məzarlıqlar bu gün və sabah bağlıdır.

 

-Atam Azərbaycanı çox sevirdi. Azərbaycanı görmək istəyirdi. Təəssüflər olsun ki, o, arzusuna çata bilmədi.

Tarix: 17 Fevral 2022, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin