BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputata yeni vəzifə verildi

Azərbaycanlı millət vəkili Müşfiq Cəfərov yeni vəzifəyə təyin olunub.

 

Milli Məclisdə Gənclər və idman komitəsinin üzvlərindən olan M.Cəfərova Azərbaycan Reqbi Federasiyasında vitse-prezident vəzifəsi verilib.

 

Bu barədə saytımıza məlumatı federasiyanın yeni təyin olunmuş mətbuat katibi Səxavət Quliyev məlumat verib. Onun sözlərinə görə, fevralın əvvəllərindən Müşfiq Cəfərov bu vəzifəsinin icrasına başlayıb.

 

Qeyd edək ki, Reqbi Federasiyasının prezidenti Elşən Abbasovdur. Federasiyanın I vitse-prezidenti Elvar Osmanov, Regionlar üzrə vitse-prezidenti Səbuhi Qarayevdir. Federasiyanın baş katibi isə müxtəlif orqanlarda jurnalist kimi çalışmış, mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyevadır.

 

Oxu.az

Tarix: 17 Fevral 2022, 21:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin