BURADA REKLAMINIZ OLA
BİLƏR

Sakinlərin nə evləri, nə də kirayə pulları verilir - Bakıda bu binanın inşası niyə dayandırılıb? - VİDEO

Bakıda bir qrup sakin çoxmərtəbəli yaşayış binasının inşasının gecikməsindən narahatdır.

 

Xətai rayonu, Mehdizadə küçəsində tikilən binalardan birinin inşası gecikir.

 

Həmin binada evləri olanlar iddia edirlər ki, bina pilot layihə çərçivəsində tikilir və ötən il təhvil verilməli idi. Ancaq hələ də işlər sürətli aparılmır və nəticədə onlar 4 ildən artıqdır ki, kirayələrdə qalmalı olurlar.

 

Bildirilir ki, 2017-ci ildən başlayaraq həmin ünvanda 29 ailənin yaşadığı ikimərtəbəli bina və bir neçə həyət evi sökülüb. Əvəzində isə inşa ediləcək doqquzmərtəbəli yaşayış binasından onlara ev veriləcəyi deyilib. Sakinlər iddia edirlər ki, pilot layihə çərçivəsində ''İnşaat Konstruksiyaları'' MMC tərəfindən tikilən həmin binanın inşası bir müddətdir gecikir.

 

Çəkiliş zamanı iş icraçıları da əraziyə gəldi. İş icraçısı Mahir Mahmudov gecikmənin səbəbini açıqladı.

 

O da bildirildi ki, işlərin sürətləndirilməsi üçün yeni podratçı ilə müqavilə bağlanıb. Məqsəd ilin onuna qədər sakinləri binaya köçürməkdir.

 

Tikinti şirkətindən o da deyildi ki, sakinlərin kirəyə pulları mart ayında tam ödəniləcək.

 

Tarix: 18 Fevral 2022, 07:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin