BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “TIR sürücülərinə guya dəstək ifadə edənlər sabah onları ələ salacaqlar, "sındılar" deyəcəklər”

“Ölkədə siyasi partiyalar, özünü siyasi aktiv kəsm sayanlar incə və vacib bir amili anlaya bilmirlər, orqanik, təbii, konkret tələbi olan etirazlara müdaxilə etmək, bu etirazlardan öz qısır, dar  məqsədləri və təbliğatı üçün istifadə etmək olmaz!”

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, ölkədə təbii etiraz çevrələri və maraq qrupları yaranmalıdır, bu addımları sözün ən pis mənasında "siyasiləşdirmək" doğru deyil: “TIR sürücüləri konkret tələblə orqanik etiraz edir.Tələbləri də, gözləntiləri də hakimiyyətdəndir, sabah tələbləri yerinə yetirilən kimi publik şəkildə ölkə başçısına və hakimiyyətə təşəkkür edəcəklər və bu normaldır. İndi onlara, guya dəstək ifadə edənlər, orqanik etirazı, haqlı tələblərini mənasız məqsədləri və təbliğatı üçün istifadə edənlər, sabah onlara güləcəklər, ələ salacaqlar, "sındılar" deyəcəklər. Uzun illərdir, məhz belə mənzərə görürük, siyasi partiyalar olaraq bundan dərs çıxarmırıq, ölkədə təbii maraq qruplarının yaranmasına və orqanik etirazlarına mane oluruq. TIR sürücülərinin konkret məmurlara qarşı olmaları normaldır. Siyasi partiyaların işi isə institutsional həll yolları təklif etməkdir. "YAP-ın məmuru pisdir, bizimki yaxşı olacaq" yanaşması ilə 30 ildir, nəticə yoxdur, olmayacaq da! Biz deyirik ki, sistem zaydır, institutlar çalışmır, elə bir sistem qurmalıyıq ki, məmurdan heç nə asılı olmasın, insan faktoru ləğv edilsin, qaydalar, ədalətli qanunlar çalışmağa başlasın!”

Tarix: 17 Fevral 2022, 23:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin