BURADA REKLAMINIZ OLA
BİLƏR

"Fənərbaxça" uduzdu

Konfrans Liqasında pley-off mərhələsi start götürüb.

 

Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” ilk oyununa çıxıb.

 

İstanbul klubu Çexiya “Slaviya”sını doğma arenasında qəbul edib. Görüşdə hesabı qonaqlar açıb. 45-ci dəqiqədə İbrahim Traore “Slaviya”nı önə keçirib. “Sarı-lacivərdlilər”in buna cavabı 58-ci dəqiqədə gəlib. Dimitrios Pelkas status-kvonu bərpa edib.

 

Lakin türkiyəlilərin sevinci qısa sürüb. Oskar Dorley (62) və Andrey Linqr (64) 3 dəqiqə ərzində ev sahiblərini iki dəfə mərkəzə dəvət edib. İsmayıl Kartalın yetirmələrinin gücü fərqi minimuma endirməyə çatıb. Ferdi Kadıoğlu 83-cü dəqiqədə fərqlənib. Beləliklə, səfərdən 3:2 hesablı qələbə ilə dönən “Slaviya” ciddi üstünlük əldə edib.

 

Bu komandalar arasında cavab görüşü fevralın 24-də Praqada keçiriləcək.

Tarix: 18 Fevral 2022, 00:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin