BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" "Marsel"ə uduzdu

“Qarabağ” avrokubok oyununu keçirib.

 

Azərbaycan klubu Konfrans Liqasında pley-off matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri Fransada “Marsel”in qonağı olub. Avrokuboklar tarixinə qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşən “Qarabağ” adlı-sanlı rəqibi ilə səfər matçından məğlub ayrılıb.

 

Konfrans Liqasının qrupunda ikinci olan təmsilçimiz Avropa Liqasının üçüncüsü kimi bu turnirə yuvarlanan rəqibi ilə başabaş mübarizə aparsa da, bu, nəticədə öz əksini tapmayıb. “Velodrom” stadionundakı görüşdə ev sahibləri 2 top fərqilə qələbə qazanıb. Arkadiuş Milik fasilə ərəfəsində dubla imza atsa da, matçın sonlarında Kadi Borqes hesabı 1 topa endirib. Lakin əlavə olunmuş dəqiqələrdə Dimitri Paye “Marsel”in 3:1 hesablı qələbəsini rəsmiləşdirib.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda baş tutacaq.

 

Konfrans Liqası

Pley-off, ilk oyun

17 fevral

 

00:00. “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan) - 3:1

Qollar: Arkadiuş Milik, 41, 44, Dimitri Paye,90+2 - Kadi Borqes, 85

 

Baş hakim: Nikola Dabanoviç (Monteneqro)

 

“Marsel”: 30. Stiv Mandanda (k), 3. Alvaro, 4. Bubakar Kamara, 5. Leonardo Balerdi, 14. Luan Peres, 29. Pol Lirola, 8. Gerson, 22. Pape Qeye, 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 9. Arkadiuş Milik

 

Ehtiyat oyunçular: 1. Simon Nqapanduenbnbu, 16. Pau Lopes, 2. Vilyam Saliba, 6. Matteo Qenduzi, 7. Amine Harit, 10. Dimitri Paye, 12. Bamba Dienq, 13. Sedrik Bakambu, 15. Duje Kaleta-Kar, 23. Sead Kolaşinaç, 31. Uqo Bertelli, 46. Aylan Benyahya Tani

 

Baş məşqçi: Xorxe Sampaoli

 

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji

 

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə

 

Baş məşqçi: Qurban Qurbanov

Marsel. “Velodrom” stadionu

Tarix: 18 Fevral 2022, 01:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin