BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda həbsxanaya şampun qabının içərisində narkotik keçirməyə cəhd etdilər

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Xidmətdən Pravda.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Alim Tomar oğluna qohumu Bakı şəhər sakini Sultanov Ruslan İbrahim oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,799 qram narkotik maddə - marixuana və 1.722 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Tarix: 22 Fevral 2020, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin