BURADA REKLAMINIZ OLA
BİLƏR

“Məşğulluq marafonu” üzrə 1744 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu” üzrə işlə təmin olunan şəhid ailəsi üzvləri və qazilərin sayı 1744-ə çatıb.

 

Bu barədə ƏƏSMN-dən məlumat verilib.

 

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna mühüm dəstək olan marafona bu günədək 618 işəgötürən qoşularaq 4203 vakansiya təqdim edib.

 

Marafon “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilir.

Tarix: 18 Fevral 2022, 14:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin