BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qaz pulu dərdindən hərə əlinə bir balta alıb həyətində olan ağacları, meşələri qırırlar” - Aslan İsmayılov

“İnsanları ən çox boğaza yığan qaz limiti məsələsidir. Başa düşürəm ki, bu təşəbbüsü büdcə doldurmaq məqsədi ilə irəli sürüblər. Ancaq bunun fəsadları barədə düşünən olubmu?! Onsuz da ekoloji fəlakət yaşayan meşələrimiz bu limit məsələsindən sonra kütləvi qırılmağa başlayıb. Qaz pulu dərdindən hərə əlinə bir balta alıb həyətində olan ağacları, meşələri qırırlar. Bu gün Avropanın qaz təhlükəsizliyinə təminat verən, nefti 2014-cü ildən sonra ilk dəfə 100 ABŞ dollarından yuxarı qiymətə satılan Azərbaycan niyə öz vətəndaşlarına qaz limiti tətbiq etməlidir?! Bundan başqa, niyə mülayim havası olan Kürdəmirdə, Saatlıda yaşayan vətəndaşla sərt soyuğu olan Qusarda, Lerikdə yaşayan vətəndaşa (misal üçün) eyni qaz limiti tətbiq edilməlidir?! Başa düşmək lazımdır ki, rayonlarda insanlar əsasən həyət evlərində yaşayırlar və orada evlərin sahələri böyükdür. Bu limiti təklif edənlər apartmantlarda oturublar və hesab edirlər ki, kasıb əhali Bakıda olduğu kimi 30-40 kvadratlıq evlərdə yaşayır...”

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

 

A.İsmayılov hesab edir ki, bu məsələlər nəzərə alınmalı, qaz limiti məsələsinə yenidən baxılmalıdır: “Büdcəni doldurmağın kifayət qədər alternativ yolları var. Tətbiq edilən qaz limiti isə ancaq sosial partlayışa gətirən addımdır”.

Tarix: 18 Fevral 2022, 17:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin