BURADA REKLAMINIZ OLA
BİLƏR

Murad Arif: “Uşaq döymək ailə hadisəsi deyil”

“Uşaq döymək ailə hadisəsi deyil. Əzik, sınıq, travmalı, özünə inamsız, kompleksli cəmiyyəti yaratmaqdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Murad Arif bildirib.

 

“Ona görə də özgüvənimiz yox…Bir çox hallarda qanunlar işləmir, özbaşınalıqlar, səhlənkarlıqlar, vəzifədən sui-istifadə etmələr yayılır. Müdirinə, rəisinə, qanunu çapıb-talayanlarına, rüşvətxorlarına dirəniş göstərə bilməməyimiz, o müdirlərin, o "ağaların" qarşısında ikiqat əyilib, haqqını tələb edə bilməməyimiz, bax, həmin Əziklikdir. Aqressiyanı toplayıb, evdə arvad-uşağa tökürsən... və yalnış dairəsi yeni nəsillərə ötürülür. Adını da mentalitet qoymuşuq” – müğənni qeyd edib.

 

Gülər

Tarix: 20 Fevral 2022, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin