BURADA REKLAMINIZ OLA
BİLƏR

AMEA-da kitab soyqırımı – Deputatdan açıqlama

“2004-cü ildə 4 milyona yaxın kitab fondu olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondları 2020-ci ilin mart ayına nə üçünsə 1.383.610 ədədədək azalmışdır. Göstərilən illərdə nəinki elektron kataloq heç ənənəvi kataloqa da heç bir ədəbiyyat-informasiya qeydiyyatı aparılmayıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

 

“2014-cü il MEK-in baş kitabında (Depozitlər fondu) 135230 nüsxə ədəbiyyat göstərilsə də MEK-də hal-hazırda 2019-cu ilin hesabatında 1743 nüsxə ədəbiyyat göstərilmişdir. Aradakı fərq 133.487 nüsxə təşkil edir. 2014-cü il sənədində (Baş kitab) 822.819 nüsxə dövrü mətbuat qeyd edilsə də 2019-cu ilin hesabatında dövrü mətbuat 347.810 nüsxə göstərilir. Aradıkı fərq isə 475.009-dur. 2014-cü ilin MEK-da fondunun həcmi 2.222.824 qeyd olunsa da, 2019-cu il hesabatında 1.383.610 nüsxə ədəbiyyat qeyd olunub. Aradakı fərq 839.214 nüsxə təşkil edir ki, o da yerində aşkarlanmayıb. Əldə olunan məlumatlara görə bu illərdə direktorun göstərişi ilə ümumi fonddan 111.263 nüsxə ədəbiyyat hədiyyə edilmiş, 70 ton kitab və jurnal təkrar emala göndərilmiş və 70 minə yaxın ədəbiyyat MEK-in yeni binasına daşınmamış, oxucuların adında olan 5940 nüsxə ədəbiyyat silinmiş, hal - hazırda 1000 - dən artıq kitabın aktı hazır və silinməmiş qalır. 2020-ci il sentyabrın 14-dən oktyabrın 31-ə kimi yoxlama zamanı “C” formatında (həcmi böyük, qədim və nadir nəşrlər) 9.957 nüsxə olmalı fonddan, 824 nüsxə ədəbiyyat yerində aşkarlanmamışdır. 598 nüsxə isə inventar kitabında qeydiyyata alınan ədəbiyyat deyildir. “C” formatında 1422 nüsxə ədəbiyyat çatışmamazlığı aşkar olunmuşdur. 2014-2019-cu illər dövri mətbuat işlənilməmişdir. Bu illərin informasiya boşluğunun Akademiyada tədqiqat aparan alimlərin elmi yaradıcılığına vurduğu ziyan sual altındadır. 2017-ci ilin hesabatına görə Nadir nəşrlər fondunda 15.037 nüsxə kitab göstərilsə də, 10.015 nüsxə ədəbiyyat mövcuddur. 1403 nüsxə nadir kitab müxtəlif səbəblərdən, 61 isə səbəbsiz olaraq yerində yoxdur, 107 nüsxə “oxucudadır” adı ilə aktlaşdırılmışdır. Halbuki Nadir fonddan oxucuya kitab verilməsi qadağandır. Bu gün elm məbədi saydığımız AMEA kimi bir qurumun kitabxanasının elektron informasiya bazası bu vəziyyətə salınmışsa, hansı uğurlu onlayn xidmətdən və beynəlxalq əlaqələrdən söhbət gedə bilərdi? 2014-cü ildə, dəyəri 238.449 manat olan 42 adda avadanlıq MEK-dən çıxarılmışdır və MEK-in arxivi isə dağıdılmışdır. 2014-2016-cı illər ərzində onlarla peşəkar savadlı, bacarıqlı kadrların işdən çıxarıldığı diqqəti cəlb edir ki, qısa zaman ərzində qəfildən bu qədər mütəxəssisin birdən-birə uzaqlaşdırılmasının səbəbləri məlum deyil” – E.Əliyev qeyd edib.

 

Kənan

Tarix: 20 Fevral 2022, 18:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin