BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Hüseynovun dairəsi ilə bağlı QƏRAR

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ Seçki Dairəsi üzrə qeydiyyata alınmış namizəd Kamil Paşayevin müraciətinə baxılıb.

Pravda.az-ın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, şikayətçi seçki günü həmin dairə üzrə seçki məntəqələrində müşahidə aparılmasına şərait yaradılmadığını iddia edib və dairə üzrə seçkinin ləğv edilməsini xahiş edib. MSK 11 saylı Qaradağ Seçki Dairəsi üzrə seçki məntəqələri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri də araşdırıb. Araşdırma zamanı 2 məntəqə üzrə protokollar götürülüb və müqayisəli şəkildə araşdırılıb. Araşdırma zamanı yalnız 25 saylı məntəqədə seçkinin nəticələrinin seçicilərin iradəsinin ifadə etmədiyi üzə çıxıb.

MSK 11 saylı Qaradağ Seçki Dairəsi üzrə 25 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.


Tarix: 22 Fevral 2020, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin