BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçın şəhərindən yan keçən avtomobil yolu bu ilin yayında istifadəyə veriləcək

Laçın şəhərindən yan keçən avtomobil yolu bu ilin yayında istifadəyə veriləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.

 

“Hazırda ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan həm ermənilər, həm də bizim öz vətəndaşlarımız istifadə edəcəklər. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Sözügedən alternativ 28 km olan yolun artıq 17 km-i çəkilib və bu ilin iyul ayına qədər istifadəyə veriləcək” – o qeyd edib.

Tarix: 22 Fevral 2022, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin