BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava proqnozu açıqlandı

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman, səhər çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-13° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Tarix: 23 Fevral 2022, 12:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin