BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfir koronavirusa görǝ karantinǝ alındı

İsrailin Çindəki səfiri Zvi Heifetz koronovirusunun yeni növünə yoluxmuş Cənubi koreyalı zəvvarlarla eyni reyslə uçub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “Walla” nəşri məlumat yayıb. Qeyd olunub ki, səfir Cənubi Koreya vətəndaşlarını Seula aparan təyyarədə olub.

 

Nəticədə diplomatın iki həftə ərzində öz evində karantində saxlanılması barədə qərar qəbul edilib.

 

Həmçinin, zəvvarlarla təmasda olduğuna görə İsraildən olan 30 məktəbli və iki müəllim də karantinə alınıb.Report

Tarix: 23 Fevral 2020, 07:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin