BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda karantin rejimi ilə bağlı qərar verildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə" qərar qəbul edib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il mayın 1-i saat 06:00-dək uzadılıb.

 

Qeyd edək ki, bu müddət 2022-ci ilin martın 1-də başa çatırdı.

Tarix: 24 Fevral 2022, 19:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin