BURADA REKLAMINIZ OLA
BİLƏR

Daşınmaz əmlakın sığortası ilə bağlı xəbərdarlıq - cərimələr olacaq - VİDEO

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara və sahibkarlıq subyektlərinə xəbərdarlıq edilib.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bildirib ki, bu növ icbari sığorta şəhadətnamələrin qüvvədə olma müddəti 1 ildir. Onun sözlərinə görə, ötən ilin bu vaxtlarında bağlanmış müqavilələr yenilənməlidir.

 

Elmar Mirsalayev qeyd edib ki, daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyən  şəxslər əsasən ev-əmlak alqı-satqısı və ya girov əməliyyatları zamanı da məhdudiyyətlərlə üzləşə bilərlər.

 

İcraçı direktor daşınmaz əmlakın icbari sığortası ilə bağlı tarif və sığorta təminatının həcminə diqqət çəkib.

 

O bildirib ki, tarif və sığorta təminatı əmlakın yerləşdiyi bölgə və onun təyinatına uyğun müəyyən edilir.

 

Tarix: 25 Fevral 2022, 07:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin